Sac tokulmesi problemi

Saç tökülməsi nədən yaranır, səbəbləri nələrdir?

11 Fevral 2021

Saç tökülməsi problemi haqqında bilməmiz gərəkənlər

Saç tökülməsi yaşadığımız dövürdə hər gün tez-tez rastlaşdığımız çox ciddi problemlərdən biridir. Əvvəlcə bu vəziyətin nə qədər ciddi olub-olmadığın dəqiqləşdirməliyik. Bilməyiniz vacib olan bir neçə məlumatları sizlərlə bölüşürük.

Saç tökülməsi haqqında ümumi  anlayışlar

Əslində saç tökülməsi təbii bir prosesdir, çünkü gün ərzində 70-120 saç teli tökülürsə bu zaman bu hal problem sayılmır, çünkü hər bir insanda gün ərzində maksimum 120 saç teli tökülüb yerinə yenisi inkişaf edir.bu val demek olar bütün zamanlarda davamedir.  Adətən tökülən və yeni çıxan saçların sayı eyni səviyyədə olur, amma bəzi vəziyyətlərdə tökülən saçların miqdarı artır. Bu zamanda tökülən saçlar ciddi keçəlləşməyə gətirib çıxarır.

İlk öncə bunu bilməliyikki bir saç telinin ömrü normalda 3-7 il olur. Bu hal fizioloji bir prosesdir. Bunu unutmamalıyıq saç tökülməsi ciddi formadadırsa bu zaman problem yalnız saç dərisi xəstəlikləri ilə əlaqəli deyil.

Normal bir insanda saçlı dəridə 150.000 saç follikulu mövcuddur. Ama 10%-i telogen dövrdədir. Bu nə deməkdir?

Saç telinin 3 yaşama dövrü var: anagen (böyümə), katogen (kökdən ayrılma) və telogen (istirahət).

Böyümə dövrü tük ömrünün ən uzun mərhələsidir, 3-6 il dir, tam saçların 85% məhz bu dövrdə olmalıdır və bu dövrdə saç ortalama ayda 1.5 sm uzanır. Kökdən ayrılma dövrdə tük follikulu öz kökündən qopur  ki, yeni tük əmələ gəlsin və bu proses 1-3 həftə dəvam edir. Kökündən qopan tel bir neçə ay (2-4 ay) istirahət dediyimiz dövrdə saçlı dəridə ömrünü sürür.

Trixologiya – saç problemləri ilə məşğul olan ve onuda qeyd edəkki tibb elminin ən gənc sahələrindən biridir.

Sac tokulmesine qarsi vasiteler

Saç tökülmələri hansı səbəbdən yaranır?

Əsasən saç tökülməsi 2 qrupa bölünür:

  • Telogen alopesiya (saçlar zamanla tökülür)
  • Anogen alopesiya (qısa zamanda dazlaşma)

Telogen saç tökülməsi xroniki və kəskin  formalara bölünür. Aralarındakı fərq budur ki, kəskin tökülmə 6 ay davam etdikdən sonra dayanır. Xroniki forma isə 6 aydan çox sürür və bəzən illərlə dayanmır. Telogen alopesiyada tam keçəllik yaranmır.

Telogen saç tökülməsinin səbəbləri:

  • ciddi dəmir və sink çatışmazlığı
  • pəhriz və qeyri-düzgün qidalanma
  • hormonal fonun dəyişməsi. Doğuşdan 1-5 həftə sonra saç tökülməsi müşahidə olunur. Belə vəziyyət bir neçə ay davam edir. Lakin ciddi narahat olmağa əsas yoxdur. Bu, hormonal fondakı dəyişikliklər, stress, qan itkisi ilə əlaqəlidir. 6-12 ay sonra sağalma baş verir.
  • keçirilmiş əməliyyat və ya travmalar
  • kəskin infeksiyalar
  • güclü stress
  • qeyri-düzgün baxım, tez-tez saç yumaq ve fen istifadəsi, düzləşdirmə.

Təbii ki, nəticə etibarı ilə həm keçəlləşmə, həm də saç tökülməsi insanın xeyli miqdarda saç itirməsinə gətirib çıxarır bu proseslərin səbəbləri gördüyünüz kimi müxtəlifdir.

Əsəb və stres zamanı yaranan saç tökülməsi

Stress vəziyyətləri və vegetativ sinir sisteminin pozulmaları baş dərisinin damarlarının daralmasına gətirib çıxarır. Davamlı streslər zamanı damarlar normaya qayıda bilmir; bu isə saçların ciddi şəkildə tökülməsinə səbəb olur, bu səbəbdən saç follikllarının qidalanması pisləşir.

Sac tokulmesinin mualicesi

Qadınlarda saç tökülməsi

Xanımlarda saç tökülməsinin əsas səbəblərindən  biri orqanizmdə dəmir çatışmazlığıdır. Qadınlar aybaşı dövründə təbii qan itkisi səbəbindən menstruasiya zamanı adətən dəmirdefisitli anemiyadan əziyyət çəkir. Bu vəziyyətin ilk nəticələri dəri, dırnaq və saçlarda  müşahidə olunur. Diyeta və balanslaşdırılmamış qidalanma da saç tökülməsinə gətirib çıxarır. Siz diyetaya oturduqda və ya bir neçə kg-dan azad olmaq  üçün ac qaldıqda orqanizm mineral, vitamin və basqa həyati vacib maddələrin defisitini hiss edir. Bu defisit vəziyyəti adətən güclü saç tökülmələri ilə nəticələnir. Çünki belə bir vəziyyət yarandıqda orqanizm lazımi maddələrlə ən həyati vacib orqanları təmin etməyə çalışır. Bu zaman  saç orqanizm üçün arxa plana keçir. Bu səbəbdən saç tökülməsi ilə mübarizənin əsas şərti  düzgün qidalanmanın tətbiq edilməsidir.

Doğuşdan 3-6 ay sonra xanımlarda güclü saç tökülməsi başlayır. Xalq arasında belə deyirlər:  “uşaq ananın üzünə güləndə, ananın saçı tökülür”. Əlbətdəki bunun “uşağın gülməsi” ilə heç bir əlaqəsi yoxdur. Hamiləlik dövründə yüksək miqdarda olan hormonlar saçlara gözəl təsir edir. Doğuşdan sonra hormonlar azalmaga başlayır, saçlara olan təsir isə 3-4 ay çəkir. Bu isə uşağın gülməsi ilə eyni vaxta düşür. Əgər bu dövrdə qadında hər hansı qidalı maddələrinin defisiti, stress vəziyyəti və s. Yaranarsa, sağlamlıq problemləri əmələ gələrsə, bu proses daha uzun çəkər və saçların bərpası üçün mütəxəssisə müraciət etmək lazım gələr.

Saç tökülməsinin əlavə səbəbləri

Bir sıra dərmanların qəbulu saçların tökülməsi şəklində yan təsirlərə səbəb olur. Belə yan təsirləri olan kifayət qədər preparat var. Misal olaraq adətən qıcolma əleyhinə, antidepressantlar, hipotenziv və steroid preparatlardır. Aspirin zərərsiz görünsə də, ama daimi qəbul etdikdə  saç tökülməsinə gətirib çıxarır. Bədən formasını korreksiya edən ağır metal və selen tərkibli maddələr saçlara zərərli təsir göstərir. Bu preparatların istifadəsi zamanı əsas effekt zəiflədici nəticə hesabına əldə olunur; vitaminlərin və mikroelementlərin absorbsiyası pozulur.

Alopecia areata (ocaqlı dazlıq)

autoimmun bir xəstəlik olub, bədəndə, xüsusi ilə saçlı dəridə olan tüklərin və saçların tökülməsi ilə müşahidə olunur. Xəstəliyin tam səbəbi hələdə deqiq öyrənilməmişdir. Lakin bəzi tətdiqaqatlar nəticəsində məlum olmuşdur ki, tük follikulunun ətrafındakı t-limfositlər iltihabəleyhinə proteinlər (sitokinlər və hemokinlər) ifraz edirlər ki, bunlarda saçların ciddi tökülməsinə səbəb olur.

Ocaqlı dazlıq ən çox kimlərdə rast gəlinir?
Ocaqlı dazlıq istənilən yaşda olan qadın və kişilərdə, o cümlədən uşaqlarda da rast gəlmək olur. Xəstəlik adətən 50% hallarda uşaq və yeniyetmə dövründə, 70% hallarda isə 40 yaşdan aşağı kişi və qadınlarda müşahidə olunur. Xəstəliyin rast gəlmə tezliyinin pik dövrü 14-30 yaş arasıdır.