Yagli saclar ve onlarin yaranma sebebi

Saç yağlanması niyə baş verir? Yağlı saçlar və müalicəsi

11 Fevral 2021

Yağlı Saçlar Haqqında ümumi məlumat

Saç yağlılığı ən çox görülən problemlərdən biridir.Başı hər gün yumağıva baxmayaraq saçda yağlanma varsa bu zaman diqqətəl oxu. Dərinin piy vəzilərinin həddən artıq aktivliyi nəticəsində tüklərin yağlılığı ilə xarakterizə olunan saç tipidir.Əslində bu fizioloji bir vəziyyətdir və xəstəlik kimi qəbul edilməməlidir, ancaq yağlı saçlar insanlara psixoloji təsir göstərə bilər. Məlumdurku düz saçlar dalğalı və ya qıvrım saçlarla müqayisədə daha çox yağlanır. Bu səbəblə yağlı saç probleminin qarşısını almaq üçün bəzi tədbirlər alınmalıdır. baş dərisinin vəzilərinin həddən artıq aktivliyi ilə əlaqəli olaraq saçların yağlılığının artmasıdır. Bu anda saçı tamamilə yağsız qoymaq da düzgün deyil, çünki saçın da yağa ehtiyacı var.

Saçların yağlı olmasının əsas səbəbləri arasında;

  • Saç yağı əslində yağlı saç dərisidir. Başqa sözlə, saç dərisindən çıxan yağ saç tellərinə çatır və bu da saçların yağlanmasına səbəb olur. Yağlılığın düz saçlarda daha çox görülməsinin səbəbi saç tellərinə daha asan çatmasıdır. Bu səbəblə qıvrım saçlarda yağlılığa nadir hallarda rast gəlinir.
  • Başqa bir səbəb yemək vərdişləridir. Yağlı qidaların qəbulu, qeyri-kafi və balanssız bəslənmə saçların yağlı olmasına səbəb olur.
  • Saçlara tez-tez toxunmaq başqa bir səbəbdir.
  • Saçları çox isti su ilə yumaq da saçların yağlanmasına səbəb olur.
  • Gün ərzində yaşanan stres saçların yağlanmasına səbəb olan amillərdən biridir.
  • Başqa bir səbəb düzgün şampun seçməmək və saç kremi və sprey kimi kimyəvi maddələrdən istifadə etməkdir.
  • Yağlı saçların meydana çıxmasının daha bir səbəbi seboreyalı dermatitdir; bu zaman dəri piyinin ifrazı, həm də onun keyfiyyətinin dəyişilməsi baş verir. Bu patoloji vəziyyət dəridə olan mayayabənzər lipofil göbələklər tərəfindən törədilir və yağlı kəpək, güclü qaşınma, baş dərisinin ekskoriasiyası, saç tökülməsi ilə müşayiət olunur.

Sac yaglanmasi problemine qarsi vasiteler

Saç yağının qarşısını necə almaq olar?

  • Əvvəlcə yemək vərdişlərinizi dəyişdirin və sağlam qidalar istehlak edin.
  • Saçların yağlılığının azaldılması üçün qidalanmanın dəyişilməsi, zərərli vərdişlərdən imtina etmek, vitamin-mineral komplekslərinin və qida əlavələrinin qəbulu, saçlara qulluq vasitələrinin düzgün seçilməsi kimi şərtlərə riayət etmək çox vacibdir.
  • Saç quru olduqda, saç dərisi saçları nəmləndirmək üçün daha çox yağ istehsal edir. Bu səbəbdən dəri istiləşməsinə səbəb olan saç düzümü istifadə etməyin.
  • Duş qəbul edərkən həddindən artıq isti su istifadə etməyin, çünki saç dərisini çox qurudur. Saçlarınızı isti su əvəzinə ilıq su ilə yuyun.
  • Saçlarınızı daradığınız zaman darağın dərinizə dəyməməsinə diqqət edin və gün ərzində saçlarınıza mümkün olduqca az darayın.
  • Saçlarınız çox yağlıdırsa və bu vəziyyətdən çox narahat olursunuzsa, əvvəlcə market şampunlarından istifadəni dayandırın. Saçınıza uyğun bitki mənşəli şampundan istifadə etməyə diqqət yetirin. Şampun və balzamınızı seçərkən xüsusi olaraq yağlı saçlar üçün hazırlandığından əmin olun.
  • Gün ərzində saçlarınızla oynamamağa diqqət edin, çünki saçlara toxunmaq yağlanmanı sürətləndirir.
  • İstifadə etdiyiniz yastıq üzü saça qulluq məhsullarını, həm dəri, həm də saçdakı yağları özünə çəkir və bakteriyaların yaranmasına şərait yaradaraq, saçlarınızın daha tez yağlanmasına səbəb olur. Bu səbəbdən də istifadə etdiyiniz yastıq üzünü tez-tez dəyişməyiniz məsləhətdir.
  • Saçları daramaq dəridə olan yağın saça çatmasını sürətləndirir. Bu səbəbdən saçınızı tez-tez daramayın.
  • Kondisioneri heç vaxt saç dərisinə sürtməyin.
  • Köpük, jel və ya saç spreyi kimi üslub üçün istifadə etdiyiniz məhsulları baş dərinizdən və köklərinizdən uzaq tutun. Saçlarınızı bu məhsullardan təmizləmək istəyirsinizsə, sirkə suyundan istifadə edə bilərsiniz. Bunun üçün; Hər şeydən əvvəl saçınızı şampunla yuyun. Sonra 1 hissə sirkəni 5 hissə su ilə qarışdırın və saçınızı bu qarışıqla yenidən yuyun. Duşdan çıxdıqda saçınızı dəsmal ilə qurutun, qurutmaq üçün saç qurutma maşınından istifadə etməyin. Saçlarınız islandıqda sirkə qoxusu gələ bilər, ancaq saçlarınız quruyanda bu qoxu yox olacaq.